14 Sentyabr 2015 19:16
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Avropa Parlamentinin Azərbaycana dair çıxardığı qətnaməni tənqid edib

Hüquq müdafiəçisi Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqı və bəzi Qərb dairələrilə çox sıx əməkdaşlıq edir. Azərbaycan Avropanın bir hissəsi olduğu üçün Avropa İttifaqı ilə əməkdaşlıq etməlidir. Avropa İttifaqının sədri bizi hər zaman dialoqa çağırıb. Ona görə də, biz əməkdaşlığı davam etdirməliyik. İmkanları əldən verməməliyik. Avropa Parlamentinin qətnaməsini isə çox da şişirtmək lazım deyil. Baxmaq lazımdır ki, onlar nə istəyirlər. Bəzi məqamlar var ki, onları yerinə yetirmək lazımdır".

Qeyd edək ki, Avropa Parlamenti həbsdə olan bir neçə şəxsi dərhal və heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib. Qətnamə müəllifləri həmçinin Avropa KomisiyasınıAzərbaycanda bəzi hakimlərə, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.

N.Cəfəroğlu hesab edir ki, Avropa Parlamenti əgər insan haqlarına görə sanksiya tətbiq edilməsinin tərəfdarıdırsa, bu, ilk növbədə Ermənistana qarşı olmalıdır: "1992-93-cü illərdə Qarabağdan qaçqın düşənlərin sayı 500 min idi. İndi onların sayı 700 minə yaxınlaşıb. İndi niyə Avropa Parlamenti Ermənistana sanksiya tətbiq etmir? İnsan haqları demirsiz? İnsan haqlarını ən kobud şəkildə pozan Ermənistandır. Azərbaycan Avropa Parlamentinin cavabını verməlidir. Amma Avropa institutları ilə danışıqlar davam etdirilməlidir. Mən istəyirəm ki, beynəlxalq təşkilatlar, Avropa insan haqları institutları Azərbaycanda fəaliyyət göstərsinlər və biz onlarla əməkdaşlıq edək. İnteqrasiya prosesindən kənarda qalmaq olmaz. Biz ölkədə elə bir siyasət yürütməliyik ki, Avropa Parlamenti barəmizdə belə qərar çıxarmasın. ATƏT ilə əmkdaşlıq davam etdirilməlidir. Bizim bu qurumlarla uğurlu əməkdaşlığımız olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər