16 Sentyabr 2015 13:33
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli QHT Forumu Avropa Parlamentinin qərarına kəskin münasibətini bildirib. Biz dünyada beynəlxalq təşkilatları yaradan qüvvələrə öz minnətdarlığımızı bildiririk. Müstəqillik qazanandan sonra Azərbaycan beynəlxalq hüququn subyekti oldu. Buna baxmayaraq onun ərazi bütövlüyü pozuldu, əraziləri işğal edildi. Bizim beynəlxalq təşkilatlardan istəyimiz, tələbimiz odur ki, qoy, öz qanunlarının, dəyərlərinin bərqərar olmasına hörmətlə yanaşsınlar".

Bunu Teleqraf.com-a açıqlamasında Milli QHT Forumunun sədri Rauf Zeyni Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, BMT Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib, amma həmin qətnamələr bu günə qədər icra olunmayıb: "Halbuki, BMT ərəb ölkələrilə bağlı qətnamə qəbul edəndə dərhal yerinə yetirilir. Demokrtaik dəyərlər qanunların aliliyinə hörmət etmək deməkdir. Demokratik, müstəqil və müsəlman ölkəsi olan Azərbaycanın başı üzərində "Domokl qılıncı"nın olması bizə lazım deyil. Bizimlə əməkdaşlıq, tərəfdaşlıq etmək olar. Azərbaycan Avropaya enerji nəql edəndə, beynəlxalq yarışlara ev sahibliyi edəndə yaxşı ölkə olur, amma müstəqil siyasət yeridəndə, inkişaf edəndə təzyiq etməyə başlayırlar".


Müəllif:

Oxşar xəbərlər