30 Sentyabr 2015 20:53
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şuşa, Xəzər və Salyan rayon şöbələri Əli Kərimlini tərk etdiklərini bəyan ediblər.

Hər üç rayon cəbhəçiləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduqlarını bildiriblər.
AXCP EQTK-nın Şuşa, Xəzər və Salyan rayonlarının şöbələri yaradılıb.

Qeyd edək ki, son dövrlər yüzlərlə cəbhəçi Əli Kərimlini tərk edib.

Faktiki olaraq AXCP Əli Kərimlinin rəhbərlik etdiyi qanada və AXCP EQTK-ya bölünüb. Əli Kərimli sentyabrın 27-də qurultay keçirərək yenidən sədr seçilib. Digər kəsim isə qurultaylarını oktyabrın 18-nə təyin ediblər.

AXCP adına iddia etdiklərini söyləyən narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks təqdirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər: “Əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Hesab edirik ki, bütün cəbhəçilərin iştirakı ilə etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir. Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirilməlidir. Sədrin sərhədsiz səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu, demokratiyanın tələbidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər