10 Oktyabr 2015 18:34
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

"El" Hərəkatının sədri, politoloq Eldar Namazov qarşıdan gələn parlament seçkilərində iştirakdan kənarda qalacaq.

Namazov indiyə qədər namizədliyini irəli sürməyib və son xəbərlərə görə, hazırda Azərbaycanda deyil. Onun seçkilərə qatılmaması təəccüb doğurub. Çünki indiyə qədər politoloq bütün seçkilərdə iştirak edib və ya əsas namizədlərdən birini müdafiə edib. Müşahidələr göstərir ki, Namazov 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra siyasi fəaliyyətini azaldıb və daha çox səhhəti, məişət problemləri ilə məşğul olmağa üstünlük verib.

Bu isə o deməkdir ki, Namazov indilikdə müxalifətçiliyin perspektivini görmür. Yeri gəlmişkən, qeyd edək ki, "El" Hərəkatının rəhbərliyindən heç kəs namizəd qismində seçkilərdə iştirak etməyəcək. Bu qurumdan heç kəs namizədliyini irəli sürməyib.


Müəllif: