15 Oktyabr 2015 00:09
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına "İncil" və "Quran"ın məzmunları və oradakı ayələrin ekstremist materiallar sayılmasının qadağan edilməsi haqda qanun layihəsi təqdim edib. Musavat.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

“İncil", "Quran", onların mətnləri və oradakı ayələr ekstremist materiallar kimi tanına bilməz”, - deyə qanun layihəsində qeyd edilir.

Bundan qabaq Kilsə və cəmiyyətlə qarşılıqlı münasibətlər şöbəsinin regional əlaqələr xidmətinin rəhbəri, diakon Andrey Tituşkin müqəddəs mətnlərin ekstremist sayılmasının tamamən qadağan olunmasının vacibliyini bildirmişdi.

Musavat.com


Müəllif:

Oxşar xəbərlər