16 Oktyabr 2015 13:30
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə Müsavat Partiyasından deputatlığa namizədliyini irəli sürmüş Salayev Mübarizin müaciətinə baxılıb.

M.Salayev Dairə Seçki Komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, Dairə Seçki Komissiyası M.Salayevin namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 482 imzadan 35 imza etibarsız hesab olunub.

MSK-nın ekspert qrupu tərəfindən aparılan araşdırma zamanı Dairə Seçki Komissiyasının qərarı təsdiqini tapıb. Belə ki, M.Salayevin təqdim etdiyi imzaların 35-i həqiqətən də etibarsız hesab olunub. Həmçinin, M.Salayevin təqdim etdiyi imzalardan bir neçəsinin eyni şəxs tərəfindən qoyulması aşkar edilib.

Yerdə qalan imzalar M.Salayevin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyi üçün onun namizədliyi qeydə alınmayıb və Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər