21 Dekabr 2015 11:45
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Beynəlxalq Əhli-beyt cəmiyyətinin sədri ayətullah Həsən Əxtəri bu günlərdə erməni katalikosu II Qareginin dəvəti ilə Ermənistana səfər edib.

Səfər çərçivəsində H.Əxtəri Ermənistanın bir sıra vəzifəli şəxsləri və din xadimləri ilə görüşlər keçirib. İranlı ayətullah İrəvandakı Göy məsciddə və Eçmiədzin kilsəsində olub. Yerevan Dövlət Universitetində tələbələr qarşısında çıxış edən H.Əxtəri erməni və fars xalqlarının tarixi köklərinin qohumluğundan bəhs edib, əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu bildirib və münasibətlərin gələcəkdə inkişafının zəruri olduğunu vurğulayıb. Onun ardınca çıxış edən universitetin rektoru Aram Simonyan ikitərəfli əlaqələrin dini müstəvidə də inkişaf etməsini sevindirici hal kimi qiymətləndirib, Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan “bir millət, iki dövlət” ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edib.

BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlının fikrincə, mədəniyyətimizi, tariximizi mənimsəməyi özünə adət etmiş erməni “ziyalısı”nın bu dəfə də mərhum Heydər Əliyevin Türkiyə və Azərbaycan dövlətləri üçün istifadə etdiyi şüarı özününküləşdirmək cəhdi onda təəccüb doğurmayıb.

BAXCP sədrinin müavinin sözlərinə görə, ən təəccüb doğuran məqam İslam ümmətinin, xüsusilə dünyada şiələrin haqlarının müdafiəsi ilə məşğul olan cəmiyyətin sədrinin Xocalıda şiələrin, din qardaşlarının soyqırımını həyata keçirmiş xalqla eyni kökə malik olmasını Yerevanda nümayişkaranə surətdə bəyan etməsidir:” II Qareginlə söhbətində Azərbaycan mədəniyyəti nümunəsi olan Goy məscidin erməni xalqı tərəfindən Fars abidəsi kimi qorunub saxlanılmasını yüksək qiymətləndirən iranlı ayətullah Ağdam məscidində ermənilərin donuz saxlamasından xəbərsizdir yəqin. İranlı ayətullahları özləri üçün öndər görən ölkəmizdəki bəzi dindarlar isə güman ki, "Əhli-Beyt" cəmiyyətinin Yerevanla, Eçmiədzin kilsəsi ilə əlaqəsini beynəlxalq əməkdaşlıq kimi izah edəcəklər. İmam Hüseynin Kərbəlada şəhadətini dünyaya haqq səsi olaraq car çəkən ayətullah Əxtərinin şiə qardaşlarının qanına əli bulaşmış II Qareginlə görüşünü də xütbələrdə haqq-ədalət nümunəsi kimi bizə göstərəcəklər".

Niyaməddin Orduxanlı İranın açıq şəkildə Ermənistanla qardaşlığına heç bir şübhə olmadığını bildirib:” Bütün bunlar onu deməyə əsas verir ki, bu iki dövlətin münasibətləri çox yaxındır. İran Ermənistanı daha çox müdafiə edir, nəinki Azərbaycanı. Hətta Yervandakı İran səfirliyi tərəfindən İslam İnqilabının ildönümü münasibətilə 2016-cı ilin fevral-mart aylarında “Fars dili” olimpiadasının keçirilməsi planlaşdırılır. Səfirliyin muxtəlif vaxtlarda yaydığı məlumatlara görə hazırda Ermənistan ərazisində 12 məktəbdə fars dilinin tədrisi aparılır və onlar arasında Dvin, Artaşat və Qornidəki məktəblər xüsusi fəallığı ilə seçilirlər.

Eyni zamanda İranın “Araz” Azad İqtisadi Zonasının təşkilatçılığı ilə Ermənistanın Mehri qəsəbəsində müştərək bazarın, Gorus şəhərində isə azad ticarət bölgəsinin yaradılması üzrə işlər gedir. 2017-ci ildə tamamlanması nəzərdə tutulan layihə çərçivəsində İran istehsalı olan malların Ermənistanda güzəştli şərtlərlə satışı da planlaşdırılır. Bir sözlə, 1990-cı illərdən başlayan İran-Ermənistan əlaqələrinin intensiv inkişafı tarixi ənənəsinə sadiq qalaraq davam etməkdədir. Biz isə hələ də İran səfirliyini görəndə İslam Respublikasının, ayətullahlar ölkəsinin nümayəndəliyi olduğuna inanıb salavat zikr edirik".


Müəllif:

Oxşar xəbərlər