Prezident İlham Əliyev Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Kamal Əkbər oğlu Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.