2 Yanvar 2016 12:33
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubayda yanğın baş verən oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları olsa da xoşbəxtlikdən onlardan heç biri xəsarət almayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN sözçüsü qeyd edib ki, ölkəmizin Dubay Əmirliyindəki baş konsulluğu oteldə baş vermiş yanğında xəsarət alanlar arasında vətəndaşlarımızın olmamasını təsdiqləyib.

Qeyd edək ki, yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər ürək tutmasından dünyasını dəyişib.

Yanğının səbəbləri hələlik məlum deyil.


Müəllif: