Xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
E.Məmmədyarov hazırda GUAM-a sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səxavət