14 Mart 2016 21:52
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək.


Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin rəsmi “Anadolu” agentliyi məlumat yayıb. Toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyevdən gəlib.

Agentliyin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Ankaradakı terror aktını nəzərə alaraq qardaş ölkəyə jest edib.


Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.


Müəllif:

Oxşar xəbərlər