28 Mart 2016 19:15
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Divanın toplantısına Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov da qatılıb.

Toplantıda Belçikada və Pakistanda terror hadisələri zamanı həlak olanların xatirəsi yad edilib.
İclasda Qaradağ rayon təşkilatında keçirilmiş konfrans və formolaşmış strukturlar barədə məlumat verib.
Eyni zamanda Şəki şəhər təşkilatında ümumi yığıncağa hazırlıq işləri barədə məlumatı dinlənilib.

İclasda martın 31-də saat 11:00-da Bakıda ermənilər tərəfindən törədilmiş soyqırımının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb. Bayram günlərində sərhəd bölgəsində şəhid olmuş iki əsgərimizin ailələrinə və yaxınlarına başsağlığı verilib. Divanda dünyada və regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Müsavat Partiyası Məclisinin növbəti sessiyasının gündəlik layihəsi hazırlanıb.

Cavid


Müəllif:

Oxşar xəbərlər