15 Aprel 2016 10:25
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədov Ağdaşda yerləşən 90 saylı seçki məntəqəsindən namizədliyini irəli sürəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Respublikaçı Alternativ Hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli bildirib.

O, şəxsi feysbuk səhifəsində qeyd edib: “REAL-ın sədri İlqar bəylə telefonla danışdım, hazırda onun barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, iş Şəki Apellyasiya məhkəməsinə geri göndərilib. İlqar Məmmədov bu gün radioda eşidib ki, Ağdaş şəhəri 90 saylı dairədə təkrar seçki təyin edilib. Dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək, zatən indi statusu təqsirləndirilən şəxsdir, qanun onun namizəd olmasına imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik”.

Qeyd edək ki, aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər