QHTxeber.az portalının baş redaktoru Sənan Nəcəfov AXCP sədri Əli Kərimlini ittiham edib.
Teleqraf.com xəbər verir ki, Sənan Nəcəfov qeyd edib ki, Əli Kərimli sosial şəbəkədə yazdığı statusla dövlət sirrini aşkar edib: “Bu da növbəti qəhrəmanlıq salnaməsi. Əli Kərimli faktiki olaraq dövlət sirrini açır. Ermənilər də hər zaman deyirlər ki, biz azərbaycanlılarla deyil, onlara dəstək verən peşəkar türk zabitlərinə və əsgərlərinə qalib gəlmişik.
O vaxt İlahinin möcüzəsindən 2 ay dövlət katibi işləmiş Kərimli ermənilərin dediyini təsdiqləyir. Sən dövlətdə məsul vəzifə tutmusan, elə məsələlər var ki, onu ömrününü sonuna kimi gizli saxlamalısan. Belə statuslar yazıb, qürrələnməməlisən. Tutaq ki, görmüsən, işin olub da. Nə şişirdirsən? Nəticəsi nə olub?”
Xatırladaq ki, Əli Kərimli Feysbukdakı statusunda I Qarabağ savaşında türk ordusunun Azərbaycan əsgərlərinə təlim keçməsindən yazıb.
Bəkir