30 Aprel 2016 16:58
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin mülki əhalini atəşə tutmaqda əsas məqsədlərindən biri də insanlarda qorxu və ruh düşkünlüyü yaratmaqdır. Amma proseslər tam əksinə gedir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, cəbhə bölgəsində yaşayan insanlar öz yurdlarını tərk etməyərək böyük ruh yüksəkliyi ilə ordumuzu dəstəkləyirlər. Onun sözlərinə görə, tarix boyu ruh yüksəkliyi bütün böyük müharibələrin taleyində həlledici rollardan birini oynayıb.

“Azərbaycan sülh tərəfdarıdır, amma heç vaxt torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq. Ermənistanın indiki rəhbərliyinin öz əhalisi arasında nüfuzu yoxdur. Bu vəziyyətlə işğalçı dövlətin hakimiyyəti tezliklə iflasa məhkumdur. Ordumuz isə hər zaman işğalçılara layiqli cavab verməklə öz gücünü göstərəcək”, – deyə, Ş.İsmayılov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər