"Mançester Yunayted"in yeni transferi Zlatan İbrahimoviç klubun əfsanəvi futbolçularından olmuş Erik Kantonanın onun haqda dediklərinə cavab verib.
Teleqraf.com xəbər verir ki, isveçli forvard klubun kralı yox, Allahı olacağını bildirib:
"Kantonanın mənim haqda dediklərini eşitdim və buna hörmətlə yanaşıram. Ancaq o bilməlidir ki, mən "Mançester Yunayted"in kralı yox, Allahı olacam".
Qeyd edək ki, Kantona bir müddət öncə verdiyi açıqlamasında İbrahimoviç haqda belə deyib: "Mançesterdə artıq kral var, sən yalnız şahzadə ola bilərsən".