Müsavat Partiyasının futbol komandası əbədi müttəfiqi və rəqibi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qalib gəlib.
Teleqraf.com xəbər verir ki, iki rəqib partiyanın futbol komandası vəkil Elton Quliyevin xatirəsinə həsr edilən futbol yarışı zamanı üz-üzə gəlib.
Sözügedən matçda Müsavatın futbol komandası AXCP-nin gözünü açmağa imkan verməyib. Belə ki, müsavatçı futbolçular AXCP-nin qapısından 10 top keçirib. AXCP komandası isə yalnız 4 top vura biliblər.
Yeri gəlmişkən, futbol qarşıdurması haqda Müsavat başqanının müavini Yadigar Sadıqovun Feysbukda yazdığı statusu çoxlu sayda müsavatçılar dəstəkləyib. Hətta bəzi müsavatçı fəallar AXCP-yə sataşmaq üçün müsavatçılardan ibarət komandaya “çox qəddarsınız” deyə şərhlər yazıblar. Bunun qarşılığında bəzi AXCP tərəfdarları “kaş həyatda udardınız”, deyə qarşı tərəfə cavab verib.
Cavidan