16 Sentyabr 2016 10:40
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın taekvondo üzrə Olimpiya çempionu Radik İsayevə "Lexus LX 570" hədiyyə edilib.


Teleqraf.com-un məlumatına görə, "LezqiYar" saytı bu barədə xəbər yayıb. Məlumata görə, Dağıstanda Suleyman Stalskovo rayonunun başçısı İmam Yaraliev idmançımıza təşəkkür edib.


"Biz bu gün Suleyman Stalskovo rayonunda toplaşdıq ki, olimpiya çempionu Radik İsayevi və Cavid Həmzətovu mükafatlandıraq. Onlar öz uğurları ilə Vətənlərini bütün dünyada tanıdıb".

Təbrikdən sonra rayonun başçısı İmam Yaraliev qızıl medalçımıza "Lexus LX 570" avtomobilinin açarlarını verib.

Qeyd edək ki, Azərbaycanın yığmasının taekvondoçusu Radik İsayev (+80 kq) Rio-da Olimpiadasında qızıl medal qazanıb.


Müəllif: