30 Sentyabr 2016 18:59
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, “f-1.az” saytına istinadla xəbər verir ki, iclasda Formula-1 yarışlarının gələnilki mövsümünün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi, gələn il də təqvimdə 21 Qran-pri yer alıb. Amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ tam təsdiq edilməyib.

Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə yenisi arasında bəzi dəyişikliklər var. Çin Qran-prisi mövsümün ilk yarışından bir həftə deyil, iki həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran-prilərinin də vaxtları dəyişib. Meksika Qran-prisi isə bu dəfə Braziliya Qran-prisi ilə qoşalaşıb.

Bakıda keçiriləcək Avropa Qran-prisi yenə də Kanadadakı yarışdan bir həftə sonraya nəzərdə tutulub. Həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.

Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq.

Tarix Qran Pri Şəhər, tras

24-26 mart Avstraliya Melburn, Albert Park

7-9 aprel Çin Şanxay

14-16 aprel Bəhreyn Saxir

28-30 aprel Rusiya Soçi

12-14 may İspaniya Barselona, Katalunya

25-28 may Monako Monte Karlo

9-11 iyun Kanada Monreal, Jil Vilnöv adına tras

16-18 iyun Avropa Bakı, Bakı Şəhər Halqası

30 iyun-2 iyul Avstriya Şpilberq, Red Bull Rinq

7-9 iyul Böyük Britaniya Silverstoun

21-23 iyul Macarıstan Budapeşt, Hunqarorinq

28-30 iyul Almaniya Hokkenhaym, Hokkenhaymrinq

25-27 avqust Belçika Spa

1-3 sentyabr İtaliya Montsa

15-17 sentyabr Malayziya Kuala Lumpur, Sepanq

29 sentyabr-1 oktyabr Sinqapur Sinqapur, Marina Bey

6-8 oktyabr Yaponiya Suzuka

20-22 oktyabr ABŞ Ostin

3-5 noyabr Meksika Mexiko, Rodriges qardaşları adına tras

10-12 noyabr Braziliya San Paulu, İnterlaqos

24-26 noyabr Əbu Dabi Əbu Dabi, Yas Marina


Müəllif:

Oxşar xəbərlər