23 Noyabr 2016 20:08
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final görüşləri start götürüb.

69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yelena Vıstropova finalda türkiyəli idmançı Sema Çalışkanı məğlub edərək Avropa çempionu olub. Beləliklə, Azərbaycan yığması çempionatda ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, bundan əvvəl Avropa çempionatında ölkəmizi təmsi edən qadın boksçulardan Anna Əlimərdanova (54 kq) gümüş, Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81) isə bürünc medal qazanıblar.

/Report.az/


Müəllif:

Oxşar xəbərlər