"Barselona"nın futbolçusu Arda Turan komandanın bugünkü məşqində iştirak etməyib.
Teleqraf.com xəbər verir ki, türk yarımmüdafiəçi yüksək hərarət səbəbindən məşqi buraxıb.
Onun La Liqanın 13-cü turunda "Real Sosyedad"a qarşı oynayıb-oynamayacağına matç günü qərar veriləcək.
Qeyd edək ki, "Real Sosyedad" - "Barselona" görüşü noyabrın 27-i keçiriləcək.