Çində legioner futbolçulara limit tətbiq olunur.
Qol.az-ın “Wild East Football”a istinadən yaydığı xəbərə görə, yerli hökumət bununla bağlı futbol federasiyası qarşısında məsələ qaldırıb. Yeni mövsüm üçün çıxarılacaq qərardan sonra superliqada bir oyuna ən uzağı 5 əcnəbi sifariş vermək olacaq, amma onlardan yalnız 3-ü oynaya biləcək. Bundan başqa, əsas heyətdə yaşı 23-dək olan bir çinli futbolçu oynamalıdır.
Qeyd edək ki, ötən mövsüm Çində əsas heyətdə 5 legionerin (onlardan biri Asiya təmsilçisi olmalıydı) icazə verilirdi.
Xatırladaq ki, son vaxtlar Çin futbolu ulduz futbolçuların bahalı transferləri ilə diqqət mərkəzinə düşür.