Madridin “Real” klubu Yaxın Şərq ölkələri üçün satışa çıxaracağı formanın üzərindəki emblemdən xaçı işarəsini çıxarmaq barədə qərar qəbul edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, formanın satış hüququnu alan, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Marka” şirkəti bu barədə klubla artıq razılaşıb. Bu formalar yalnız BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omanda satılacaq.