“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana İngiltərə millisində ötən ilin ən yaxşı futbolçusu seçilib.
Teleqraf.com xəbər verir ki, Lallana azarkeşlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, 39 faiz səs toplayaraq ən yaxşı seçilib. “Lester”in hücumçusu, ötən il millinin heyətində 5 qol vuran Ceymi Vardi isə 12 faiz səslə ikinci olub. “Mançester Yunayted”in hücumçusu Ueyn Runi isə 8 faiz səslə 3-cü pillədə qərarlaşıb.
Lallana ötən il millinin heyətində 10 oyun keçirib, 3 qola imza atıb.
Xatırladaq ki, son 3 ildə İngiltərə millisinin ən yaxşı oyunçusu 2 dəfə Ueyn Runi, 1 dəfə isə Stiven Cerrard seçilib.