"Qalatasaray"ın sabiq futbolçusu Həmid Altıntop Almaniya bundesliqa təmsilçisi "Darmştadt"a keçidi rəsmiləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Qalatasaray" H.Altıntopla ötən ay müqaviləni ləğv edib.