“Real Madrid” klubunun futbolçuları cari mövsümdə vurduqları 98 qolun 22-ni rəqib qapısından başla keçiriblər. Futbolçuların başla gözəl oynaya bilməsi komandanın əsas üstünlüklərindən biridir.
Teleqraf.com Madrid klubunun saytına istinadla xəbər verir ki, mövsüm ərzində komandanın heyətində 11 futbolçu topa başla dəqiq zərbə endirib. Bu siyahıya 6 qolla komandanın kapitanı Serxio Ramos başçılıq edir. Kriştiano Ronaldo, Kərim Benzema, Rafael Varane, Qaret Beyl, Mariano və Morata hərəyə iki dəfə fərqləniblər. Asensio, Pepe, Xames Rodriges və Lukas Vaskesin aktivində isə başla vurulan bir qol var.
Başla vurulan qolların 13-ü La Liqada qeydə alınıb. Bu göstərici üzrə madridlilər çempionatda ən yaxşı nəticəyə sahibdirlər. İspaniya Kuboku qarşılaşmalarında 5, UEFA Çempionlar Liqasında 3, UEFA Super Kuboku görüşündə isə 1 qol vurulub.