"Las Palmas"ın yarımmüdafiəçisi Kevin-Prins Boatenq 2010-cu ildə CAR-ın əfsanəvi lideri Nelson Mandela ilə görüşündə söhbət açıb.
Teleqraf.com Goal.az-a istinadən xəbər verir ki, qanalı futbolçu maraqlı açıqlamalar verib:
"Görüşmək istədiyim 3 şəxsiyyət olub: Maykl Cekson, Məhəmməd Əli və Nelson Mandela. Yalnız Mandela ilə şəxsən görüşmüşəm, bunu təsvir edə bilmirəm. O, hüquqlarını tələb etdiyinə görə 27 il həbsdə otursa da, içində qəzəb yox idi. Halbuki "Madiba" (red. Mandelanın ləqəbi) bütün dünyadan incik ola bilərdi. Mandela insanları sakitləşdirə bilirdi. Mələk kimi biri idi. Onunla görüşəndə məni özünə tərəf dartıb dedi: "Qızım səninlə ailə qurmaq istəyir". "Üzr istəyirəm, rəfiqəm var" - cavab verdim. "Mənim daha gözəl qızlarım var" - dedi və hamı güldü".