İngiltərə millisinin qapıçısı Co Hart yenidən ölkəsinə qayıda bilər.
Qol.az-ın Britaniya mətbuata istinadən yaydığı xəbərə görə, “Torino”da icarə əsasında çıxış edən qolkiperlə “Arsenal” yaxından maraqlanır.
London klubu mövsümün sonunda Hartı heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, 30 yaşlı qapıçı müqavilə ilə “Mançester Siti”yə məxsusdur. "Şəhərlilər"in də C.Hartın gedişinə mane olmayacağı bildirlir.