İtaliyanın paytaxtı Romada kişilər arasında Avropa açıq çempionatına start verilib. Azərbaycan milli komandası mötəbər turnirin ilk günündə aktivinə bir medal yazdırıb.
Teleqraf.com Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Oruc Vəlizadə ilk görüşündə hollandiyalı Roy Koffijberqi, daha sonra Cənubi Koreya cüdoçusu Hyuk Çoiyi məğlub edib. Cüdoçumuz 1/4 finalda rusiyalı İslam Yaşuyevə uduzaraq təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə qırğızıstanlı Argen Bakytbekə qalib gəlib. 3-cü yer uğrunda görüşdə isə Fransa təmsilçisi Riçard Vergnesi məğlub edərək bürünc medala sahib olub.
Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunur.