17 May 2017 10:47
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İslam Oyunlarının 5-ci günündə millimizin hesabında 41-i qızıl olmaqla ümumulikdə 81 medal var.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, 400-dən çox medal, 131 medal komplekti qazanılıb: "Birinici və ikinci yerdə Türkiyə və Azərbaycan milliləri dayanıb. Boksçularımızdan 7-si yarımfinaldadır. Bu isə o deməkdir ki, daha 7 medalı təmin etmişik. Bu gün hamımızın sevdiyi yunan-roma güləşi üzrə yarışlar başlayır. Açılış mərasimi çox möhtəşəm keçirildi. Dünya mediası yarışların açılışından müsbət rəylərin əks olunduğu reportajlar dərc elədi. Bir sözlə, yarışlar bütün dünyada işıqlandırlır. Çox sevindirici haldir ki, İtaliya kimi ölkə də yarışlara dair məqalələr dərc edir".

Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin mümkünlüyünə toxunan Azad Rəhimov bildirib ki, bu sifarişi Milli Olimpiya Komitəsi formalaşdırılır: "Biz dərin təhlillər apardıq və 2024-cü il üçün Olimpiya Oyunlarına namizədliyimizi irəli sürməmək barədə qərar verdik. 2028-ci ildə Olimpiya Oyunlarının keçirilməsinə dair ölkənin namizədliyinin irəli sürülməsi barədə danışmaq isə hələlik tezdir".

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər