29 May 2017 08:30
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi mövsümün yekunlarına görə "Qızıl buts"a sahib çıxıb.

"Qızıl buts" Avropa liqalarında rəqib qapılarından ən çox top keçirən futbolçuya verilir.

L.Messi İspaniya La Liqasının 2016/2017 mövsümündə 34 matçda ümumilikdə 37 qol vurub.

İkinci yerdə 34 qolla Lissabonun “Sportinq” klubunun hollandiyalı hücumçusu Bas Dost, üçüncü isə hesabında 31 qol olan Dortmund “Borussiya”sının qabonlu forvardı Pyer-Erik Obameyanqdır.

Qeyd edək ki, L.Messi “Qızıl top”u artıq dördüncü dəfədir ki, qazanır. O, bundan əvvəl 2010, 2012 və 2013 illərdə qitənin ən məhsuldar futbolçusu olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər