1 İyul 2017 14:09
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın hücumçusu və Argentina yığmasının ulduzu Lionel Messi dünən özünə möhtəşəm toy edib.

Teleqraf.com-un məlumatına görə, futbolçu 10 il münasibətdə olduğu iki uşağının anası Antonelle Rokkuzzo ilə doğulduğu Rozario şəhərində rəsmi nikaha girib.

Mərasimə futbol dünyasının ulduzlarından Neymar, Karlos Puyol, Serxio Bukets, Cordi Alba, Luis Suares, Jerard Pike öz xanımları ilə qatılıblar.

Qeyd edək ki, 60 ölkədən 150 jurnalistin izlədiyi, ümumilikdə isə 260 qonağın iştirak etdiyi toyda Messi və xanımı sadə geyimləri ilə diqqət cəlb ediblər.

300-dən çox hüquq müdafiəçisi əməkdaşlarının nəzarət etdiyi məclisdə qonaqlara telefonla içəri daxil olmaq qadağan olunub.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər