Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib.
Teleqraf.com-un “Qəbələ”nin saytına istinadən yaydığı xəbərə görə, təcrübəli idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb.
Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb.
Üç raund davam edən döyüş boyu üstünlüyə sahib olan Nəriman hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, idmançımızın 20-ci döyüşdə 17-ci qələbəsi olub.