Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Şerif"lə (Moldova) cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Rəqibimiz təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm" - deyə o bildirib.
Q.Qurbanov penaltilər seriyasına xüsusi hazırlaşmadıqlarını vurğulayıb: "Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyunda penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.