14 Avqust 2017 01:28
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev dünya çempionatında qazandığı qızıl medalı mərhum atasına ithaf edib.

Teleqraf.com xəbər veror ki, idmançı "İhlas" xəbər agentliyin müsahibəsində o deyib ki, məhz atasının istəyi ilə hazırda yarışdığı idman növünü seçib: "Ona qədər başqa idman növləri ilə məşğul olmuşdum. Bir gün atam məni yüngül atletika məşqinə gətirdi. Elə ilk gündəcə məşqçi dedi ki, sabah yarış var, iştirak edəcəksən. Cavab verdim ki, axı təzəyəm, yarışda necə iştirak edə bilərəm. Soruşdu ki, qaça bilirsən, "hə" dedim. Beləliklə, ertəsi çıxıb yarışda qaçdım və qalib oldum. Onda düşündüm ki, bu nə asan idman növüdür. Sonra yüngül atletikaya davam etdim".

Ramil Quliyev deyib ki, atası onun ən böyük azarkeşi və ilk məşqçisi olub: "Qızıl medalı ona həsr edirəm. Mən onu 2010-cu ildə itirdim. O hər zaman inanırdı ki, mən dünya çempionu olacam".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər