Çempionlar Liqasının Qrup mərhələsində “Qarabağ”ın C qrupunda düşdüyü futbol komandaları ilə görüş vaxtları bəlli olub.
Teleqraf.com xəbər verir ki, “Qarabağ” ilk olaraq sentyabrın 12-də “Çelsi”nin qonağı olacaq. Daha sonra 27 sentyabr tarixində “Qarabağ” Bakıda“Roma”nı qarşılayacaq. 18 oktyabr tarixində isə “Atletiko” “Qarabağ” ilə üz-üzə gələcək.
Ardınca noyabrın 1-də “Atletiko” ilə cavab görüşünün keçirilməsi planlaşdırılır. 22 noyabr tarixində “Qarabağ” “Çelsi” ilə oynayacaq. 5 dekabrda isə İtaliyada “Roma” ilə cavab oyunu baş tutacaq.