Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.
Teleqraf.com xəbər verir ki, 61 kq çəkidə mübarizə aparan Hacı Əliyev ölkəmizə qızıl medal qazandırıb.
İkiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və 3-cü dəfə dünya çempionluğunu qazanıb.
Finala qədər o, Qırğızıstan, Yaponiya, Slovakiya və Kuba güləşçilərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə isə rusiyalı Hacımurad Rəşidovdan ütün olub.
FİNAL. Hacımurad Rəşidov (Rusiya) - Hacı Əliyev - 1:7
1/2 final. Hacı Əliyev - Yovlis Bonne Rodrigez (Kuba) - 10:0
1/4 final. Hacı Əliyev - Mikola Bolotnjuk (Slovakiya) - 10:0
1/8 final. Rinya Nakamura (Yaponiya) - Hacı Əliyev - 1:10
1/16 final. Alibek Osmonov (Qırğızıstan) - Hacı Əliyev - 0:8