“Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar 2 milyon avro dəyərində mükafat alıb.
Teleqraf.com AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, UEFA tərəfindən ayrılan bonus vəsait AFFA vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, Ağdam klubu “pley-off”da Danimarka “Kopenhagen”ini üstələyib. İlk oyunda minimal hesablı qələbəyə sevinən “Qarabağ” cavab matçında 1:2 hesabı ilə məğlub olub.