11 Sentyabr 2017 01:12
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya çempionatının üçüncü turunun oyununda "Latsio" öz meydanında "Milanı" qəbul edib.

Teleqraf.com xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində hücumçu Çiro İmmobile het-trik edib. Daha bir qolu isə yarımmüdafiəçi Luis Alberto öz hesabına yazdırıb. "Milan"ın heyətində Rikardo Montolivo fərqlənib. Matçın üçüncü uzatma dəqiqəsində "Latsio"nun yarımmüdafiəçisi Marko Parolo ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Hazırda "Latsio" 7 xal ilə turnir cədvəlində üçüncü yerdə, "Milan" isə (6) altıncı pillədə qərarlaşıb.

İtaliya "A" Seriyası, 3-cü tur

"Latsio" – "Milan" - 4:1

1:0 – İmmobile – 38 (pen), 2:0 – İmmobile – 43, 3:0 – İmmobile – 48, 4:0 – Alberto – 49, 4:1 – Montolivo – 56

Qırmızı vərəqə: Parolo, 90+3


Müəllif: Teleqraf.com