5 Noyabr 2017 16:15
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilərdən ibarət Rusiya və Azərbaycan yığma komandalarının qarşılaşması sona bir tur qalmış Krit adasında keçirilən Avropa Çempionatının gizli finalı olacaq.

Report xəbər verir ki, bunu Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smaqin deyib.

Ruslar şənbə günü xorvatlar üzərində 3-1 hesabı ilə qələbə qazanıblar və sona iki tur qalmış 12 komanda xalı ilə turnir cədvəlinin birinci pilləsinə yüksəliblər. Azərbaycan yığması isə Macarıstan üzərində eyni hesabla qələbə qazanaraq 11 xalla ikinci pilləyə qalxıblar. Bu gün keçiriləcək VIII tur matçında bu iki komanda üz-üzə gələcək. Turnirə noyabrın 6-da yekun vurulacaq.

"Bu gün biz Azərbaycan yığması ilə faktiki olaraq birinci yer uğrunda həlledici matç keçirəcəyik, bunu turnirin gizli finalı da adlandırmaq olar. Görüş çox çətin olacaq, çünki azərbaycanlılar çox uğursuz startdan sonra özlərini ələ alıblar və çox qızğın və pis oynamırlar. Onların dördüncü lövhəsində Rauf Məmmədov gözəl oyun və gözəl nəticələr göstərir. Düşünürəm ki, yüksəlişdə olan rəqibdə cüzi psixoloji üstünlük var, amma bizim də çox yaxşı komandamız var.

Əsas məsələ partiyanın əvvəlində, yəni debüt hissəsində işlərin necə getməsidir. Azərbaycanlıların da zəif yerləri var, lakin onların ilk iki lövhəsində böyük yarışmalarda zəngin iştirak təcrübəsi olan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi olduqca əla şahmatçıları var. Və əgər onları neytrallaşdıraraq müsbət nəticə əldə edə bilsək, o zaman matçın yekun nəticəsi bizim xeyrimizə olmalıdır. Lakin hazırkı vəziyyətdə heç-heçə də bizim üçün əla nəticə sayılacaq", - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər