Türkiyənin "Beşiktaş" klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində növbəti oyununu Portuqaliyanın "Portu" klubuna qarşı keçirib.
Teleqraf.com xəbər verir ki, oyun 1-1 hesabı ilə başa çatıb. Bununla da türk klubu final mərhələsinə vəsiqəni təmin edib.
Oyunu izləyənlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.