Məşhur tennisçi Mariya Şarapova türkiyəli həmkarı Çağla Böyükakçay ilə xüsusi yarış üçün Türkiyəyə gəlib.
Teleqraf.com xəbər verir ki, Matç zamanı qəribə anlar yaşanıb.
Oyun zamanı türk tamaşaçı Mariya Şarapovaya evlilik təklifi edib. Şarapova isə əl və üz hərəkətləri ilə "bəlkə" cavabını verib.
Karyerası boyunca 5 möhtəşəm titul qazanan 30 yaşlı Şarapova Çağla Büyükakçayı 2-0 hesabla məğlub edib.