1 Dekabr 2017 20:32
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:10

Futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi başlayıb.

Teleqraf.com-un məlumatına görə, tədbir Rusiyanın paytaxtı Moskvada Dövlət Kreml Sarayında keçirilir.

Aparıcılar ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı telejurnalist Mariya Komandnayadır. Tədbirə qatılan Rusiya Federasiyasının prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış edərək çempionatın yüksək səviyyədə təşkil olunacağına inam ifadə ediblər.

Qeyd edək ki, 4 səbətə bölünmüş 32 komanda püşk nəticəsində 8 qrupa bölünəcək.

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

20:33

2018-ci il dünya çempionatının püşkatmasına başlanılıb. Teleqraf.comn məlumatına görə, püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib.

A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay

B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran

C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka

D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya

E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya

F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya

G qrupu: Belçika, Panama, Tunis, İngiltərə

H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya


Müəllif: Teleqraf.com