18 Dekabr 2017 13:09
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında çıxış edən “Qalatasaray” baş məşqçi İqor Tudorla yollarını ayırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, klub rəhbərliyi Tudoru istefaya göndərib.

Müqaviləsini yarımçıq dayandırdığı üçün “Qalatasaray” Tudora 500 min avro təzminat ödəyəcək.

İlkin ehtimallara görə, Tudoru “Qalatasaray”da Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim əvəzləyəcək.

Qeyd edək ki, “Qalatasaray” liqada keçirilən 16 matçda 32 xal toplayıb və 2-ci yerdə qərarlaşıb.


Müəllif: Samir

Oxşar xəbərlər