28 Dekabr 2017 00:28
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 27-də Azərbaycan Cüdo Federasiyasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf.com xəbər verir ki, sazişi ölkəmizdə səfərdə olan İran İslam Respublikası Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək, İraq Cüdo Federasiyasının prezidenti Samir Əl-Musəvi və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.

Əməkdaşlıq sazişinə əsasən, bu üç ölkənin cüdo federasiyaları dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq. Tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.

Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.


Müəllif: Teleqraf.com