Meksikanın həvəskar futbol komandalarından birinin oyunçusu hakimi öldürüb.
Teleqraf.com xəbər verir ki, hakim Xose Valdemar Ernandes Kapitilyonu kobud qayda pozuntusuna görə futbolçuya qırmızı kart göstərib.
Bu zaman futbolçu hakimi yumruqla vurub. Koma vəziyyətində olan hakim xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin tərəffüatı araşdırılır. Futbolçu həbs edilib.