7 Mart 2018 12:26
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt məktəblisi Gürcüstanda idmanın kiqboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.

Fəhmin İdrisov medal və diplomla təltif olunub.

Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.

Qeyd edək ki, 7 ildir kiqboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.


Müəllif: İlhamə Əbülfət