"Arsenal"ın baş məşqçisi Arsen Venger futbolçusu Tomas Vermalen üçün təkliflər aldıqlarını təsdiqləyib.
O, "Mançester Yunayted"in müdafiəçi üçün təklif göndərdiyini deyib. A.Venger "Barselona"nın da T.Vermalenlə maraqlandığını söyləyib:
"Varmelan "Arsenal"dan ayrıla bilər."Mançester Yunayted"lə yanaşı, bir çox klubdan onun üçün təklif almışıq. Ancaq mən Varmelanın xarici kluba satılmasını istəyirəm"./qol.az/