12 Avqust 2014 03:13
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslən azərbaycanlıyam. Doğma nənəm Bakıda anadan olub və sonralar Cənubi Azərbaycana köçüblər. Nənəm və valideynlərim doğma dilimizdə sərbəst danışa bilirlər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın yeni transferi Kitan Sultanpur klubun rəsmi saytına açıqlamasında deyib.


Premyer Liqa təmsilçisi ilə iki illik müqavilə imzalayan oyunçu Azərbaycan millisinə dəvət olunmağı çox istədiyini deyib:

"Azərbaycanlı olduğumu bildiyimdən bura haqqında kifayət qədər məlumata malikəm. Yaxın dostum Pərdis Fərcad-Azaddan Azərbaycan futbolu və Sumqayıt haqqında çox şey eşitmişəm. Klubun rəhbərliyi mənimlə əlaqə saxlayanda sevindim. Azərbaycana gəlməyi çox istəyirdim. Bu səbəbdən razılıq əldə olunduqdan sonra dərhal komandaya qoşuldum. "Qarabağ”la ilk oyunu da canlı izlədim. Məğlub olmağımıza baxmayaraq, gənclərdən qurulmuş döyüşkən kollektivimiz var. Ümid edirəm ki, "Sumqayıt”da özümü yaxşı tərəfdən göstərib, Azərbaycan millisinə dəvət alaram”.


Müəllif:

Oxşar xəbərlər