7 İyun 2018 23:58
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisinin və Arsenal klubunun üzvü Məsut Özil Rusiyada keçiriləcək dünya çempionatında kənarda qala bilər.

Teleqraf.com xəbər verir ki, buna futbolçunun dizindən aldığı zədə səbəb ola bilər.

Artıq onun Almaniya ilə Səudiyyə Ərəbistanı arasında keçiriləcək yoldaşlıq oyununda çıxış etməyəcəyi dəqiqdir.

Özilin son 4 gündə məşqlərdə iştirak etmədiyi də bildirilir.

“Sport Bild” nəşri isə futbolçunun iyunun 17-də qrup mərhələsində keçiriləcək Almaniya - Meksika qarşılaşmasında meydana çıxmayacağını yazıb.

Qeyd edək ki, Almaniya millisi F qrupunda Meksika, İsveç və Cənubi Koreya olə üz-üzə gələcək.


Müəllif: Ruslan